Zar mağarası
Zar mağara düşərgəsi — Paleolit dövrünə aid, ölkə əhəmiyyətli abidə. Kəlbəcər rayonunun Zar kəndinin qərb tərəfində yerləşən mağara. Zar mağarası Üst Paleolit dövründə insanlıqdan əvvəlki yaşayış yerinin arxeoloji yeridir.
Мağara, xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir. Bir-birini əvəz edən bu təbəqələrin yalnız dördündə maddi mədəniyyət qalıqlarının olduğu müəyyən edilmiş, mədəni təbəqələrdən ona yaxın əmək aləti aşkar olunmuşdur.